“Qırmızı xətləri keçdilər” – Paşinyandan NÖVBƏTİ HƏDƏ 

Hazırda oxunan: “Qırmızı xətləri keçdilər” – Paşinyandan NÖVBƏTİ HƏDƏ 

25061

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Zəngəzur Mis-Molibden Kombinatının rəhbərliyini hədələyib. Onun fikrincə, rəhbərlik əməkdaşlarını işdən qovacağı bəyanatını verib. Səbəb isə onları Paşinyanın mitinqinə buraxmamaqdır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, Paşinyan Vaykdakı çıxışı zamanı yeni hədələr səsləndirib. Paşinyan hesab edir ki, kombinatın rəhbərliyi bütün qırmızı xətləri keçib və bunun üçün başlarında mavi çəkic görəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan opponentlərini HƏDƏLƏDİ – “Hamısının dizi əsəcək”


Xatırladaq ki, bir neçə gündür hökumət başçısı mitinqlərdə xalqdan alacağı "dəmir mandatın" simvolu kimi vaxtaşırı çəkic nümayiş etdirir.

"Biz Zəngəzur mahalından (Syunik vilayəti) ayrıldıq, bu gün orada “yeraltı təkanlar” başladı. Zəngəzur Mis-Molibden Kombinatı açıqlamalar verdi. Onlara bir neçə dəfə xəbərdarlıq etdim ki, işçilərə siyasi proseslərə görə müdaxilə etməsinlər. Ancaq bütün qırmızı xətləri keçdilər və bunun üçün mavi çəkic görəcəklər. İstəsəniz, şikayət edin, istəsəniz, yox, probleminiz həll edildi, Zəngəzur Kombinatı”, deyə Paşinyan qeyd edib.

O, "korrupsiyaya qurşanmış məmurları" sakitcə hökmü gözləməyə çağırıb. Söhbət zavodun səhmlərinin bir hissəsinə sahib olan Sünik regional rəhbərliyinin keçmiş məmirlarından gedir.

Onlardan biri bölgənin keçmiş qubernatoru Vaqe Akopyandır. İndi ikinci prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun üzvü kimi seçkilərdə iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin