“Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin yüksəlməsi lazımdır, amma Azərbaycan üçün daha önəmli olanı birgə müəssisələrin yaradılması istiqamətidir. Türkiyənin yüngül sənaye (tekstil), mebel, məişət texnikası və s. sahələrin istehsalında böyük potensialı və təcrübəsi var.
Əsasən də işğaldan azad edilən regionlarda böyük tekstil fabriklərinin, yeni sanaye müəssisələrinin yaradılması istiqaməti üstünlük təşkil etməlidir”.
Bizim.Media xəbər verir ki, bu təkliflə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesbında bildirib:
O, qeyd edib ki, bu həm yeni iş yerləri, həm də Azərbaycan üçün yeni ixrac potensialı deməkdir:
“Məmləkətimizin ciddi logistik və coğrafi üstünlüyü var, Türkiyədən məhsul almaqdan və bunun üçün valyuta xərcləməkdənsə, qardaş ölkə ilə birgə müəssisələr açıb Azərbaycandan Rusiyaya, Orta Asiya ölkələrinə, Ukraynaya tekstil, mebel, məişət texnikası (Türkiyə brendləri ilə birgə) ixrac etmək daha məntiqli və doğru yoldur.
Pambığı xammal kimi satmaqdansa, ondan pal-paltar istehsal etmək daha yaxşıdır. Məncə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasındansa, birgə istehsalın genişlənməsinə daha çox önəm verilməlidir”.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:00 / 16.06.2021
Qarabağda Türkiyə fabrikləri yaradılsın – Təklif
Hazırda oxunan: Qarabağda Türkiyə fabrikləri yaradılsın – Təklif
Hazırda oxunan: Qarabağda Türkiyə fabrikləri yaradılsın – Təklif
25022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.