Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) qanunda nəzərdə tutulmuş operativ-axtarış tədbirlərini həyata keçirir.
Bizim.Media xəbər verir ki, bunu MTX-nin mətbuat xidməti “Sputnik Ermənistan”ın azərbaycanlıların İrəvan küçələrində gəzməkləri ilə bağlı sorğusuna cavab olaraq bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan yeni köç dalğası başlayır – TƏFƏRRÜAT
"İstər qaldırılan məsələlə, istərsə də digər funksiyalar çərçivəsində MTX qanunla təyin edilmiş, nəticəsi dərc olunmayan əməliyyat-axtarış tədbirlərini həyata keçirir". Rəsmi cavabda belə deyilir.
Nəşr sorğusunda öyrənməyə çalışıb ki, doğrudanmı İrəvanın küçələrində, xüsusilə insanların çox olduğu yerlərdə telefonda azərbaycanca danışan şəxslər gəzişir:
“Bunların Xidmətin nəzarətində olub-olmadıqlarına aydınlıq gətirmək istədik. Onların həm də üçüncü ölkənin vətəndaşı olduqları da yoxlanılmalıdır”.
Bizim.Media