“Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik“ - Şuşadan önəmli mesaj

Hazırda oxunan: “Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik“ - Şuşadan önəmli mesaj

24923

“Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

Bizim.Media-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin Şuşada Baş konsulluğu açılacaq – Ərdoğan açıqladı


Dövlət başçısı bildirib ki, önəmli məsələlər arasında nəqliyyat məsələsi də var: “Bəyannamədə Zəngəzur koridoru açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.

Bu gün Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəniki danışırıq, biz əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq.

Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin