İlk müstəqil Konstitusiyamızın 25 yaşı tamam olur

Hazırda oxunan: İlk müstəqil Konstitusiyamızın 25 yaşı tamam olur

2491

Bu gün Azərbaycan Respublikasının Konstitusiya aktının qəbul edildiyi gündür.

Bizim.Media xəbər verir ki, dövlətimizin ana qanunu  12 noyabr 1995-ci ildə  qəbul edilib. Noyabrın 27-dən qüvvəyə minib. 

Bu müstəqilliyimizin bərpasından sonra ilk Konstitusiyamızdır.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

1925-ci il martın 14-də isə IV Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası qəbul edilib.

Azərbaycan SSR-nin son Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edilib.

Müstəqilliyimiz bərpa edildikdən sonra yeni Konstitusiya layihəsi 1995-ci ildə ümumxalq müzakirəsinə verildi.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycan Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

12 noyabrın Konstitusiya Günü kimi elan edilməsi 1996-cı il fevralın 6-da Prezident Heydər
Əliyevin sərəncamı ilə rəsmiləşib.

Təranə Mirzəyeva, Bizim Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin