“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər edən ilk ali qonaq olacaq. Onu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağın girişində - qapısında Füzulidə qarşılanacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “TRT Haber” telekanalının Azərbaycana ezam olunan müxbiri Fatih Avanos deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycana gəldi - FOTO/VİDEO
Bildirilib ki, dövlət başçıları Füzulidə görülən işlərlə tanış olacaq və bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə yollanacaqlar.
Daha sonra liderlər birlikdə Şuşaya gedərək orada “Şuşa bəyanatı”nı imzalayacaqlar.
Türkiyə Prezidenti Azərbaycan əsgərləri ilə də görüşəcək.
Bizim.Media
— TRT Azerbaycan (@TRTAzerbaycan) June 15, 2021