Mehriban Əliyeva xalqı təbrik etdi

Hazırda oxunan: Mehriban Əliyeva xalqı təbrik etdi

2487

Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bizim.Media-nın xəbərinə görə, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

"Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!"

"Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi!"

"Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!"

"Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin