Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı ittiham edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb. Serj Sarkisyanın fikrincə, Paşinyan ölkədə vətəndaş müharibəsi yaratmağa cəhd edir.
Seçki kampaniyası zamanı tərəfdarlarına müraciət edən Sarkisyan deyib ki, Paşinyan açıq şəkildə toqquşmalara zəmin yaradır.
MÖVZU İLƏ BAĞLI:
Serj Sarkisyan Paşinyana 24 saat vaxt verdi: “Əks halda ailəni...”
"Bu adam (Nikol Paşinyanı nəzərdə tutur) deyir ki, səslərin 60 faizini almasa, problem yaranacaq. O, istədiyini edir. Əlində nə olduğunu görürsünüz", deyə keçmiş prezident qeyd edib.
Xatırladaq ki, seçicilərlə görüş zamanı Paşinyanın əlində çəkic olub. Sarkisyana görə, bu çəkicin kimlər üçün nəzərdə tutulduğunu anlamaq lazımdır:
"İndi hər şeyi gördük - müharibədəki məğlubiyyəti, minlərlə gənc oğlumuzun ölümünü. Daha nə qalıb? Hələ vətəndaş müharibəsi var. Ləyaqət hissimizшт sıfıra bərabər olduğunu göstərmək istəyirlər.
Ona müqavimət göstərməyə hazır olmalıyıq. Paşinyanın "polad inqilabına" daha sərt maddədən hazırlanmış qalxanla çıxmalıyıq. Əminəm ki, başqa çıxış yolu yoxdur”.
Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki yarışında 25 siyasi qüvvə - 21 partiya və 4 blok iştirak edir.
Bizim.Media