16 iyundan etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
DİQQƏT! DİM-dən abituriyentlərə vacib MÜRACİƏT
Məlumata görə, məşqçilik (61) və fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir (Forma-86).
İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.
Bizim.Media