Almaniya prezidenti nasistlərin keçmiş cəza düşərgəsinə getdi – SƏBƏB

Hazırda oxunan: Almaniya prezidenti nasistlərin keçmiş cəza düşərgəsinə getdi – SƏBƏB

24796

Almaniyanın federal prezidenti Frank-Valter Ştaynmayer bu gün Zandbosteldəki keçmiş cəza düşərgəsinə səfər edib. İkinci Dünya müharibəsi illərində bu düşərgədə əsir düşmüş sovet əsgər və zabitləri də saxlanılırdı.

Bizim.Media xəbər verir ki, Frank-Valter Ştaynmayer memorialın önünə əklil qoyub, sonra cəza düşərgəsində dünyasını dəyişənlərin qohumları ilə, habelə öz doğmalarının xatirəsini yad etmək üçün oraya gələnlərlə görüşüb.

Zandbosteldəki keçmiş cəza düşərgəsində 300 minə yaxın hərbi əsir məhv edilib. Onlardan 70 mini Qızıl ordu döyüşçüləri idi.

İyunun 18-də Berlin-Karlshorst Almaniya-Rusiya muzeyində sərgi açılacaq. Həmin sərginin açılış mərasimində Ştaynmayerin çıxış edəcəyi gözlənilir. Üçüncü Reyxin qeyd-şərtsiz kapitulyasiyası barədə akt 1945-ci il mayın 9-na keçən gecə həmin muzeyin binasında imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin