Yayılan infeksiya QRİP deyil – Hindistan ştammı QAPIDA

Hazırda oxunan: Yayılan infeksiya QRİP deyil – Hindistan ştammı QAPIDA

24721

Son günlər ölkəmizdə kütləvi şəkildə qripə bənzər xəstəlik yayılıb. Bəzi insanlarda ağırlaşmış, bəzilərində isə yüngül forması müşahidə olunan bu infeksiya burun axması, öskürək, halsızlıq, baş ağısı, bəzi hallarda isə qızdırma ilə müşayyət olunur.

Bəzi insanlarda koronavirus əleyhinə vaksinasiyadan sonra bu xəstəliyin  baş verməsi çaşqınlıq yaradıb. Hətta bunun koronavirusun yeni mutasiyası olduğunu iddia edənlər də var. Kütləvi şəkildə yayılan bu xəstəliyin koronavirus və ya vaksinasiya ilə hər hansı formada əlaqəsi varmı? Bu hansı infeksiyadır?
 

MÖVZU İLƏ BAĞLI:

NAXÇIVAN DUZU – Uşaqlarda əqli geriləmə və asılılıq FƏLAKƏTİNİ ÖNLƏYİN!


Professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, yayılan infeksiya qrip deyil: 

“Çünki qrip Dünya Səhiyyə Təşkilatının nəzarətində olan infeksiyadır.

Adətən o yayılanda bu haqda məlumat verilir, bildirilir ki, qripin hansı növü, hansı ştammı yayılıb və s. Yuxarı tənəffüs yollarında xəstəlik törədən onlarla infeksiya var. Koronavirusun özünün hər il mövsümü soyuqdəymə törədən dörd növü var”.

Adil Qeybulla deyir ki, son vaxtlar ən təhlükəli məqam Hindistan ştammının dünyaya yayılmasıdır: 
 

“Ona delta ştamm da deyilir. Bu ştamm yayılarsa, vəziyyət çox ciddi ola blər. Bu ştammda qızdırma, öskürək və s. kimi əlamətlər çox az olur. Əlamətlər əsasən mədə-bağırsaq pozuntusu formasında özünü göstərir.


Ola bilsin ki, bu ştamm Azərbaycanda da var, çünki dünyanın əksər ölkələrində tapılıbsa, kommunikasiyalar olduğu üçün, bizdə də olması mümkündür. Amma rəsmən dünya üzrə dördüncü dalğanın başlandığı qeyd edilməyib. İstənilən halda pandemiya nə qədər bitməyib, ehtiyatlı olmalıyıq. Rəsmi məlumat da olmadığı üçün nəsə demək çətindir. Hesab edirəm ki, rəsmi qurumlar bununla bağlı açıqlama verməli və insanları xəbərdar etməlidirlər”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin