Polşanın paytaxtı Varşava şəhərində güləş üzrə "Poland Open" turniri sona çatıb.
Bizim.Media xəbər verir ki, sonuncu yarış günündə 60, 63, 72, 87 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Bu yarışda 97 kq-da çıxış edən İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan güləşçisi “Poland Open” turnirində 3-cü oldu
Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.
97 kq
Təsnifat: İslam Abbasov - İbrahim Tığcı (Türkiyə) 5:1
1/4 final: İslam Abbasov - Mehdi Məhəmməd Balihamzadə (İran) 5:8
Təsəlliverici görüş: İslam Abbasov - Matias Bak (Danimarka) 7:2
Bürünc medal görüşü: İslam Abbasov - Gerard Kurniçak (Polşa) 4:0
Bizim.Media