Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
MÖVZU İLƏ BAĞLI:
Xarici diplomatlar və hərbi attaşelər “Güləbird” SES-də - FOTO
Səfər çərçivəsində xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olacaq, eləcə də Ağdamın tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər.
Bizim.Media