Azərbaycanda kredit faizləri dəyişəcək? - Mərkəzi Banka tövsiyyələr göndərilib - DETALLAR

Hazırda oxunan: Azərbaycanda kredit faizləri dəyişəcək? - Mərkəzi Banka tövsiyyələr göndərilib - DETALLAR

24549

“Azərbaycan Mərkəzi Bankına tövsiyyə edirik ki, əmanətlərin sığortalanması ilə bağlı uzunmüddətli strategiyanın müddəti uzadılsın və yaxud yenisi hazırlansın”.
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ sənəd"də bildirilir.

Bizim.Media xəbər verir ki, iqtisadçı Elman Sadıqov sosial şəbəkə hesabında təklifin reallaşmasının Azərbaycan bank sektoruna faydalı olacağından və kredit faizlərinin azalmasına zəmin yaratmasından bəhs edib: 
 

“Burada əsas məsələ müştərilərin güvən və etimadının uzun müddət olmasıdır. İkinci əsas amil biznesin davamlılığı riskidir. Qısamüddətli dəyişkən strategiyalar uzunmüddətli planları pozur. 


Üçüncü əsas amil, uzunmüddətli və nisbətən kiçik və orta məbləğli depozitlərin olması kreditlərin də uzunmüddətli və faizlərinin daha aşağı olması deməkdir. Uzunmüddətli, nisbətən aşağı faizli kreditlər isə daha az aylıq ödənişli kreditlər deməkdir. Başqa sözlə kredit risklərinin azalması problemli kreditlərin azalması, nəticə etibarilə kredit risklərinin azalması və yenidən daha aşağı faizli kreditlər deməkdir. Müsbət zəncirvari reaksiya yaranır. Faizlərin azalmasında digər amil isə bankların alternativ maliyyələşmə mənbələrinin yaradılması deməkdir”.

İqtisadçı təklifin reallaşmasının digər istiqamətlərdə də müsbət tendensiyaya səbəb olacaını qeyd edib:

“Post-pandemiya dövrü daha sürətli pul dövriyyəsi, daha dinamik iqtisadi əlaqələr, daha sıx dövlət-bank sektoru-real sektor münasibətləri tələb edəcək”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin