AÇ-2020: Rusiya millisində koronavirus şoku

Hazırda oxunan: AÇ-2020: Rusiya millisində koronavirus şoku

24498

Futbol üzrə Rusiya millisinin yarımmüdafiəçisi Andrey Mostovoyda koronavirus aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə COVİD-19 testi pozitiv çıxan oyunçunun artıq millinin heyətindən kənarlaşdırıldığı diqqətə çatdırılıb. Məşqçilər korpusu onun əvəzində Roman Yevgenyevə dəvət göndəriblər.

Baxmayaraq ki, Roman Andreydən fərqli, mərkəz müdafiəçisidir.

Rusiya yığması AÇ-2020-də Belçika, Danimarka və Finlandiya ilə birgə B qrupunda mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin