Tofiq Musayev UFC-də ilk döyüşünü Bakıda keçirəcək

Hazırda oxunan: Tofiq Musayev UFC-də ilk döyüşünü Bakıda keçirəcək

244896

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.

Bizim.Media xəbər verir ki, bunu “MMA Azerbaijan” açıqlayıb. Musayev ilk döyüşünü iyunun 21-də Bakıda keçiriləcək turnirdə keçirəcək.

35 yaşlı idmançının UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib. Musayev son döyüşünü 2023-cü ilin noyabrında keçirib. O, həmin vaxt “Rizin” çərçivəsində yaponiyalı Kodji Takedaya 3-cü raundda nokautla qalib gəlib. Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin