Mingəçevir ərazisində Yuxarı Qarabağ su kanalında batan şəxsin axtarış işləri yekunlaşıb.
Bizim.Media xəbər verir ki, FHN-dən verilən məlumata görə, axtarışları aparılan 2006-cı il təvəllüdlü Əzizov Elvin Sənan oğlunun meyiti saat 19:15 radələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Bu gün axşam saatlarında bir azyaşlı Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda dəhşətli hadisə - 3 azyaşlı suda batdı - YENİLƏNİB
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.
Bizim.Media