Pomidor və alma istehsalçılarına ŞAD XƏBƏR

Hazırda oxunan: Pomidor və alma istehsalçılarına ŞAD XƏBƏR

24452

İyun ayının 15-dən Azərbaycanın 55 şirkəti dəmir yolu ilə qonşu ölkəyə pomidor və alma ixrac edə biləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti qərar qəbul edib.

Xidmətin yaydığı xəbərdə deyilir ki, qərar Federal Xidmətin rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında 10 və 11 iyun tarixlərində aparılan danışıqların nəticəsində qəbul edilib. İxrac fitosanitar sertifikatlar əsasında baş tutacaq. 

İcazə verilən şirkətlərdən 31-i pomidor, 24-ü isə alma istehsalı üzrə fəaliyyət göstərirlər. 

Oktyabrın 1-dən isə Azərbaycandan Rusiyaya alma və pomidor ixracı konteynerlərlə həyata keçiriləcək.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin