Döyüşlərin davam etdiyi son 44 gün ərzində Azərbaycan xalqı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqının, dövlətinin, ictimayyətin tam dəstəyini gördü.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin başlatdığı “Gələcəyə nəfəs, dünyaya nəfəs" ağacəkmə kampaniyası zamanı birbaşa bağlantıda deyib.
C.Bayramov deyib ki, Mövlud Çavuşoğlu bu dönəmdə 5 dəfə Azərbaycanda olub:
“Biz bu dəstəyi çox hiss etdik. Bir daha sizin simanızda Türkiyəyə təşəkkür edirik”.
Bizim.Media