Demək olar ki, G7-nin son görüşündən iki ilə yaxın vaxt ötür. İyunun 11-13 aralığında böyük yeddilik dövlətləri mühüm müzakirələr üçün İngiltərənin Kornuoll qraflığına yığışıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, sammitə G7 dövlətlərindən başqa Avstraliya, Hindistan, Cənubi Afrika və Cənubi Koreya liderləri də dəvət olunub.
Əsas müzakirə predmetləri arasında COVİD pandemiyasından somnrakı bərpa, məhsuldaşıma üzrə qlobal zəncirlərinin müdafiəsi, açıq cəmiyyət və iqlim dəyişiklikləri var.
Bununla yanaşı, sammit iştirakçıları kasıb ölkələri koronavirusa qarşı 1 milyard doza vaksinlə təmin edəcəkləri açıqlamalıdırlar.
Sammit çərçivəsində ənənə halını almuş birgə foto, II Elizabeti ziyarət, şahzadə Çarlzla və Kembric hersoqları ilə görüş nəzərdə tutulub. Görüşlərdən digəri 10 beynəlxalq şirkətin rəhbərləri ilə baş tutacaq. Sabah isə sammit iştirakçılarının çimərlikdə yeyib-içməkləri (barbekyu) planlaşdırılır. Böyük yeddilik liderləri yencək və skumbriya ətinin dadına baxacaq, kartof və tərəvəzli qidalardan yeyəcəklər.
Desert olaraq onlara Qauda, Yarq və Helford Blyu pendirləri, Pavlova tortu və dondurma təqdim olunacaq.
Sammitin təhlükəsizliyinə 6 min 500 polis və yüzlərlə hərbçi cavabehdir. Təhlükəsizliyə nəzarət edəcək şəxsi heyətin hamısına mehmanxanalarda yer olmadığından onların bəziləri motorlu qayıda yerləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:13 / 11.06.2021
“Böyük yeddilik” TOPLAŞDI: - 6 min 500 polisin nəzarəti ilə TORT və DONDURMA yeyiləcək
Hazırda oxunan: “Böyük yeddilik” TOPLAŞDI: - 6 min 500 polisin nəzarəti ilə TORT və DONDURMA yeyiləcək
Hazırda oxunan: “Böyük yeddilik” TOPLAŞDI: - 6 min 500 polisin nəzarəti ilə TORT və DONDURMA yeyiləcək
24405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.