Futbol siyasilərin GÖZÜ İLƏ: - AVRO 2020 Azərbaycana nə verəcək?

Hazırda oxunan: Futbol siyasilərin GÖZÜ İLƏ: - AVRO 2020 Azərbaycana nə verəcək?

24403

Xəbər verildiyi kimi futbol çempionatı AVRO 2020 başlayır. Roma şəhərində bu gün start götürəcək Avropa çepionatı Bakıda davam edəcək. Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan AVRO 2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. 

Futbol azərkeşlərinin və bütövlükdə dünyanın gözü Azərbaycanda olacaq. Möhtəşəm futbol bayramını qəbul etməyə tam hazır olan ölkəmizə 30 minə yaxın turistin gəlməsi gözlənilir.

Ekspertlərin şərhlərinə görə ölkədə hər hansı beynəlxalq tədbirin keçirilməsi turizm və tanınma baxımından çox əhəmiyyətlidir. Bu dəfə də ölkəmizə gələn futbol azarkeşləri həm də ölkəmizdə turist kimi qalacaq. Azərbaycanın mədəniyyəti, mətbəxi və tarixi ilə tanış olacaq. Bir sözlə 44 günlük Vətən savaşından qalib çıxan Azərbaycan həqiqətləri bir daha tanınacaq. 

Maraqlıdır, keçiriləcək beynəlxalq oyunun ölkəmizə nə verəcəyi haqda siyasi camiyənin mövqeyi necədir?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Bizim.Media-ya açıqlamasında deyib ki, keçirilən oyun futbolun təbliğu üçün vacib bir tədbirdir:

“Azərbaycan ilk dəfədir ki, səviyyəli oyunların təşkilində iştirak edir. Bu, həm Azərbaycanın tanınması, həm də ölkədə idmanın xüsusilə futbolun təbliğu üçün mühüm rol oynayacaq. Ümumiyyətlə bu cür beynəlxalq oyunların həm turizm, həm gəlir, həm də iqtisadi baxımından xeyri var”.

Ümid Partiyasının sədri İqbal Ağazadə AVRO 2020-nin çoxsaylı ölkələrdə keçirildiyini qeyd edib:

“Bu oyunlar Sankt-Peterburqda, Kopenhagendə, Romada, Londonda, Budapeştdə, Buxarestdə, hər yerdə yarışlar təşkil olunur. Onlardan biri də bizik. Hər kəs bu oyunların Azərbaycana nə verəcəyini düşünür. Bu vermək bizi qırdı ye... Hamı düşünür ki, elə kimsə nəsə versin”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin