Birləşmiş Ərəb Əmirliklərində spirtli içki və nikahsız birgə yaşayışa icazə verilib.
Bizim.Media BƏƏ-nin rəsmi xəbər agentliyi 'WAM"-a istinadən bildirir ki, Prezident Xəlifə bin Zayid Əl Nahyan dünən ölkə tarixində böyük səs-küyə səbəb olacaq dəyişiklikləri təsdiqləyib.
"Namus işi" səbəbiylə törədilən cinayətlərə görə cəzanın yüngülləşdirilməsini nəzərdə tutan qanun maddəsi isə ləğv edilib.
Əbu-Dabidə nəşr olunan "The National" qəzeti isə dəyişikliklərin təsdiqlənməsindən sonra BƏƏ-də içki istehlakının bundan sonra cinayət əməli olmadığını qeyd edib.
Həmçinin alkoqollu içkilərin satılacağı mağazalarda yaşı 21-dən az olmayan şəxslər rahatlıqla içki ala biləcəklər.
Qeyd edək ki, əvvəlki qaydaya görə, içki yalnız özəl yerlərdə, yaşı 21-i keçmiş əcnəbi və müsəlman olmayanlar vətəndaşlar üçün icazəli idi.
Bu dəyişikliklər xəlifənin ölkədə tolerantlıq prinsiplərini möhkəmləndirmək üçün atdığı addım, həmçinin İsrail ilə olan əlaqələrin möhkəmləndirilməsi kimi səciyyələndirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:13 / 11.11.2020
BƏƏ-də spirtli içki və nikahsız birgə yaşayışa icazə verildi
Hazırda oxunan: BƏƏ-də spirtli içki və nikahsız birgə yaşayışa icazə verildi
Hazırda oxunan: BƏƏ-də spirtli içki və nikahsız birgə yaşayışa icazə verildi
2434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.