"Çox istədim yasa gəlim, bacarmadım" - Afaq Bəşirqızı Ramiz Əzizbəyli haqda - VİDEO

Hazırda oxunan: "Çox istədim yasa gəlim, bacarmadım" - Afaq Bəşirqızı Ramiz Əzizbəyli haqda - VİDEO

24338

Xalq artisti Afaq Bəşirqızı ötən gün dünyasını dəyişən həmkarı Ramiz Əzizbəyli ilə bağlı xatirələrini bölüşüb. 

Bizim.Media xəbər verir ki, aktrisa bu barədə "Elgizlə izlə” proqramında danışıb.

Bir müddət əvvəl Ramiz Əzizbəyli ilə aralarında yaranan qalmqaladan küsülü olan aktrisa bildirib ki, R.Əzizbəylinin yas mərasiminə getmək istəsə də, sonradan fikrini dəyişib: 

"Bir yerdə işlədik, tarixi film yaratdıq. Əsl komediyanı və tragikomediyanı yaratdıq. Vaqif Səmədoğluna Allah rəhmət eləsin ki, bu pyesi yazdı. Ramizə təşəkkür edirəm ki, bu filmi çəkdik və xalq üçün qaldı. Ramiz qısa müddətdə məşhurlaşdı, xalqın sevimlisinə çevrildi. Çox sevirdi şöhrəti. İstəyirdi onu yadda saxlasınlar. Ramiz kinostudiyada can qoymuşdu: mozalan, dublyaj, filmlərdə epizotik rollar. "Bəxt üzüyü" onun Allah tərəfindən vergisi, şöhrəti oldu. Zəhmətlə yaranan filmdir. Yayın istisində, quraqlıqda çəkildi. 

Ona qarşı hörmətsizlik etməmişəm. Sizə deyim ki, o məndən addım gözləyirdi. Barışıq istəyirdi. O, kin saxlaya biləcək adam deyildi.  

Çox istədim gəlim yas yerinə, amma olmaz, bacarmadım. İstedadlı bir insan kimi getdi bu dünyadan. İnsanlara demək istəyirəm ki, hansısa hərəkəti etmək istəyəndə axmaq şöhrəti yox, insan taleyini fikirləşin. Burdan bir Ramiz keçdi", - aktrisa bildirib.

Qeyd edək ki, hər iki sənətkar “Bəxt üzüyü” filminə görə qalmaqal yaşamışdılar.  

Filmdə baş rolu ifa edən Afaq Bəşirqızının "Bəxt üzüyü" mənə görə baxılır" deməsinə qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin