Gədəbəydə yaşlı qadın bədbəxt hadisə nəticəsində həyatını itirib. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun İnəkboğan kəndində baş verib. 
1944-cü il təvəllüdlü Zülfiyyə Hüseynova piyada hərəkət edərkən kənd ərazisindəki dərəyə yıxılaraq dünyasını dəyişib. 
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
 
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu





























































































