Bu gün müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçını qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Mədət Quliyev səfir Cahid Bağçını təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.
Nazir bildirib ki, dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Görüş zamanı bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
M. Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb.
Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini bir daha sübut edib.
Nazir xalqımızın möhtəşəm qələbəsi ilə bitən Vətən müharibəsi dövründə Türkiyənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasında çoxəsrlik dostluq əlaqələrinin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:20 / 10.06.2021
Mədət Quliyev Türkiyə səfirini qəbul etdi - FOTO
Hazırda oxunan: Mədət Quliyev Türkiyə səfirini qəbul etdi - FOTO
Hazırda oxunan: Mədət Quliyev Türkiyə səfirini qəbul etdi - FOTO
24318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.