Britaniyalı mütəxəssis mina təhlükəsinə görə təcili Füzuliyə getdi - FOTO

Hazırda oxunan: Britaniyalı mütəxəssis mina təhlükəsinə görə təcili Füzuliyə getdi - FOTO

24310

Böyük Britaniyanın Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Ermənistan işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən həftə tapılan minaların sayı açıqlandı


​​​​​​​Britaniyalı ekspert Füzulidə mina basdırılmış ərazilərdəki vəziyyəti araşdırıb.

“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşaiyət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin