ŞOK: jurnalisti armaturla döydülər - FOTO

Hazırda oxunan: ŞOK: jurnalisti armaturla döydülər - FOTO

24295

Jurnalist Andrey Afanasyev Rusiyanın Blaqoveşçensk şəhərində evinin yaxınlığında vəhşicəsinə hücuma məruz qalıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

Mənbə bildirir ki, onun döyülmə səbəbi kimi “Axmat” döyüş klubu rəhbərliyinin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulması barədə material hazırlaması göstərilir.

Afanasyev döyüldükdən sonra üzündəki zərbə yerlərini göstərib və indi sağ gözü ilə görə bilmədiyini qeyd edib.

O, şişən sağ əlini də nümayiş etdirərək armaturla döyüldüynü vurğulayıb. Naməlum şəxslər əvvəlcə jurnalistin başına zərbə endiriblər, sonra onu asfaltın üstünə uzadıblar və yoldan keçənlər onları qorxudanadək 10 dəqiqə döyüblər.

“Baza” Telegram kanalı yazır ki, çağırışa gələn həkimlər Afanasyevin burnunun qırıldığını, gözünün zədələndiyini və bədənində çoxsaylı qançırın olduğunu bildiriblər.

Jurnalist, eyni zamanda yerli Çeçen icmasının lideri olan “Axmat” klubunun rəhbəri Adam Maqomadovun fəaliyyətini araşdırdığını da deyib.

Bu yaxınlarda o, yerli bir iş adamından 8 milyon rubl pul tələb etmək şübhəsiylə tutulub. Onunla birlikdə daha üç nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin