İlan sancmaları zamanı təcili tədbirlər – BUNU ETMƏYİN!

Hazırda oxunan: İlan sancmaları zamanı təcili tədbirlər – BUNU ETMƏYİN!

24294

Son vaxtar ölkəmizdə ilan sancması halları çoxalıb. Adətən ilan sancmalarına aprel ayından təsadüf edilməyə başlanır, bu cür hallar noyabradək davam edir. Hər il Azərbaycanda 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur.

Bəs ilan sancmaları baş verdikdə ilkin tibbi yardım olaraq hansı tədbirləri görmək olar?

Bizim.Media ilan sancmalarında ağırlaşmanın qarşısının alınması üçün bir sıra mütəxəssis tövsiyyələrini tədim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda evin həyətindən 6 metrlik ilan tapıldı - FOTO


Əvvala ilan sancmaları zamanı yaranın ətrafının bərk sarınaraq bağlanılması, çərtilərək və ya sorularaq zəhərin çıxarılmasına cəhdin edilməsi kökündən yalnış olan bir yanaşmadır. Daha çox ölüm hallarına bu kimi tədbirlərin səbəb olduğu bildirilir. Bəzən bu kimi tədbirlər infeksiyanın daha çox yayılması və ya qanda laxtalanmaya səbəb olur.

Hadisədən sonra 12 saat ərzində zərdab vurulmalıdır. Zərdabın həkim təyinatı ilə vurulması mütləqdir. Çünki allergik anafilaktik reaksiyaya səbəb olma halları istisna edilmir. Həkimə müraciət üçün nə qədər tez qərar verilsə, bir o qədər təhlükə uzaqlaşmış olar.

Zərdaba qədər isə həmin nahiyə az hərəkət edilməlidir. İlkin mərhələdə ilan zəhəri bədənə qanla deyil, limfatik yollarla yayıldığına görə qan damarlarını sıxmaq əbəsdir. Nahiyəyə soyuq sarğı qoymaq olar, amma o sıxmamalıdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul edilə bilər.

İlan sancmasının necə ayırd edilməsinə gəlincə, nahiyədə 2 nöqtəvari yer olur. 

Bəzən uzun illər ilan sancmalarının fəsadları qala bilir. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin