ISESCO-nun eks baş direktorundan II Qareginin Xankəndinə səfəri ilə bağlı BƏYANAT

Hazırda oxunan: ISESCO-nun eks baş direktorundan II Qareginin Xankəndinə səfəri ilə bağlı BƏYANAT

24292

ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri Ermənistanın katolikosu II Qareginin Xankəndiyə səfərini və onun intiqam şüarlarını səsləndirməsini pisləyən bəyanat yayıb.

Bizim.Meida-nın məlumatına görə, bəyanatda bildirilib ki, dini bir qurumun sülhə çağırmaq əvəzinə nifrət və müharibə dilini seçməsi, erməni kilsəsinin tolerant və çox mədəniyyətli Azərbaycandakı xristian dini yerlərinin guya təhdid altında olduğuna dair yalan məlumatlar yayması təəssüf doğurur:
 

MÖVZU İLƏ BAĞLI:

Bütün ermənilərin katolikosu Azərbaycana gəldi


"Bu, tamamilə yalandır, çünki ibadət azadlığı Azərbaycanın şərəfli bir xüsusiyyətidir. Mən Azərbaycanda kilsələrə və sinaqoqlara necə hörmət edildiyini və onların necə qorunduğunu görmüş beynəlxalq rəsmilərdən biriyəm. Tolerant siyasətinə görə hər zaman Azərbaycana və onun rəhbərliyinə təşəkkürümü bildirmişəm”

Əbdüləziz Osman əl-Tüveycri  erməni işğalından azad edilmiş ərazilərdə salamat və təhqir edilməyən bir məscid, bir İslam dini abidəsi qalmadığnı da diqqətə çatdırıb.

Bizim.Meida

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin