Azərbaycanda ilk milli platforma olan #GüclüOl platforması yaradılıb. Platformanın yaradımasında məqsəd nədir və bu kimlər üçün yaradılıb?
Bizim.Media xəbər verir ki, veb səhifədən və mobil versiyadan ibarət olan bu platforma ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən elan olunan, “Məzunların Məşğulluğu- İnnovasiya Fondu” (AEIF) proqramı çərçivəsində reallaşdırılan və ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən dəstəklənən layihənin əsas hissəsi olaraq yaradılıb.
Layihənin əsas məqsədi qadınların səlahiyyətlərini gücləndirmək və onların qlobal müstəvidə sülh, təhlükəsizlik və idarəetmə istiqamətində cəmiyyətdə rolunu dəstəkləməkdir.
Platforma məhz qızlar və oğlanlara həsr olunub və onların həyatlarında üzləşdiyi çətinliklərin öhdəsindən gəlmələri, karyeralarını düzgün seçmələri, eləcə də öz ideyalarını, müxtəlif bacarıqlarını paylaşa bilmələri üçün imkanlar yaradır.
Proqram aşağıdakı fəaliyyətləri nəzərdə tutur:
1. Yeniyetmə və gənclər üçün ölkəmizin müxtəlif regionlarında onların yaradıcı özünüifadə bacarıqlarını, müxtəlif mövzulara baxış perspektivlərini inkişaf etdirmək və cəmiyyətə daha yaxından fayda verə bilmələrinə vasitəçi olmaq məqsədilə təlimlərin, görüşlərin və düşərgələrin təşkili.
2. Gənc qızlar və oğlanların iştirakı ilə şəxsi həyat hekayələri və müxtəlif mövzulara əsaslanan məqalələrin, podkastların və video materialların hazırlanması və interaktivliyi təmin etmək məqsədi ilə platformada yerləşdirilməsi
3. Qızlar və oğlanlar üçün mütəxəssislər tərəfindən onlayn məsləhətlərin verilməsini və dəstəyin əlçatanlığını təmin etmək
4. Bir çox “bağlı” və ya “ailədaxili” hesab edilən mövzulara toxunaraq, onlar barədə cəmiyyətimizdə düşüncə tərzini müsbət istiqamətdə dəyişmək
5. Gənclərin qazandıqları bilik və bacarıqları icmalarındakı həmyaşıdları və digər insanlarla bölüşə bilməsi üçün imkanlar yaratmaq
Platformada qızların və oğlanların sosial statusu, ailədə rolu, müstəqil qərarvermə bacarıqları, həyat mahiyyətli seçimlərin mövcudluğu, qızların arzuları, məqsədləri, yaşamaq istədikləri həyat üçün dəstəyin olub-olmaması, təhsilin, səhiyyə xidmətlərinin əlçatanlığı, psixoloji dəstəyin mövcudluğu, dəstək üçün müraciət etmə mümkünlüyünün vacibliyi nəzərə alınır.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:56 / 10.06.2021
Azərbaycanda ilk milli platforma yaradıldı – Güclü Ol kimlər üçün nəzərdə tutulub? - VİDEO
Hazırda oxunan: Azərbaycanda ilk milli platforma yaradıldı – Güclü Ol kimlər üçün nəzərdə tutulub? - VİDEO
Hazırda oxunan: Azərbaycanda ilk milli platforma yaradıldı – Güclü Ol kimlər üçün nəzərdə tutulub? - VİDEO
24288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.