Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 10-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media “Sputnika Armenia”yaistinadla xəbər verir ki,tərəflər Ermənistandakı vəziyyəti, Qarabağ məsələsini, Azzərbaycan ərazisinə təxribat-diversiya törətmək məqsədi ilə keçdikləri üçün tutulan erməni hərbçilərlə bağlı məsələni müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
ABŞ rəsmisi Azərbaycandan Ermənistana getdi
Qeyd edək ki, F.Riker Ermənistandan əvvəl Gürcüstan və Azərbaycanda səfərdə olub.
Bizim.Media