Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, Qarabağda qazanılan tarixi qələbə münasibətilə Azərbaycan Müdafiə Nazirliyində mərasim təşkil edilib.
Zakir Həsənov 30 il idi ki, Azərbaycan xalqının qələbə həsrəti ilə yaşadığını bildirib:
«Döyüş əməliyyatları ilə Azərbaycan Ordusu Vətən naminə gözünü qırpmadan canını fəda edəcəyini bir daha göstərdi. Biz gördük ki, Azərbaycan əsgəri, zabiti Vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi» - deyə Z.Həsənov vurğulayıb.
Qeyd edək ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:24 / 11.11.2020
Müdafiə nazirlərinin zəfər sevinci
Hazırda oxunan: Müdafiə nazirlərinin zəfər sevinci
Hazırda oxunan: Müdafiə nazirlərinin zəfər sevinci
2425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.