Türkiyə millisinin futbolçuları Altay Bayındır və Okay Yokuşlu azərbaycanlı azarkeşlərdən dəstək istəyib.
Bizim.Media-nın məlumatına görə, onlar Avropa Çempionatı-2020-nin qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək oyunda azərbaycanlı azarkeşlərdən dəstək gözlədiklərini deyiblər.
MÖVZU İLƏ BAĞLI:
Bakıdakı futbola baxmağa ancaq BU ÖLKƏLƏRƏ icazə verildi
“Sahədə mücadilə bizdən, kənarda dəstək sizdən. Özümüzü evimizdəki kimi hiss etmək istəyirik. Dəstək sizdən, zəfər bizdən!”,-deyə futbolçular çağırış ediblər.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də Türkiyə - İsveçrə qarşılaşmaları olacaq.
Bizim.Media