Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir.
Xatırladaq ki, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib.
Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Yeraltı təkanların episentri ölkənin paytaxtı Naypyidodan şimalda yerləşən Saqayn dairəsindən təxminən 16 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Tailandda da hiss olunub.
Bizim.Media