Vaksin yerinə su vuranlara qarşı cinayət işi qaldırıldı – TƏFƏRRÜAT

Hazırda oxunan: Vaksin yerinə su vuranlara qarşı cinayət işi qaldırıldı – TƏFƏRRÜAT

24167

Keniya sakinlərinin orqanizminə COVİD peyvəndinin əvəzinə su vururdular. Bu cür vaksinləmələrə görə fırıldaqçılar pul qazanırdı.

Bizim.Media “The Vice”a istinadən xəbər verir ki, Keniyada insanlar xüsusi tuibb məntəqələrində pulsuz peyvəndlənə bilirlər. Amma tibb işçilərinin azlığına görə bəziləri məcburən ödənişli klinika, məntəqələrə müraciət edirlər.

Bu isə, fırıldaqçıların əlinə fürsət olub və onlar pullu vaksin adı ilə Qalana, Quça, Daua kimi çayların suyunu insanların bədəninə COVİD peyvəndi adı ilə daxil ediblər. 

Fırıldaqçılara qarşı cinayət işi qaldırılıb. İstintaq gedir. Keniyanın səhiyyə naziri isə insanlara çağırış edib ki, peyvəndə pul xərcləməsinlər və yeni partiya vaksinləri gözləsinlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin