Prezident İlham Əliyev "Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Bizim.Media-nın məlumatına görə, Sərəncama əsasən Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 (doqquz yüz on) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:15 / 09.06.2021
“Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 910 min manat ayrıldı - SƏRƏNCAM
Hazırda oxunan: “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 910 min manat ayrıldı - SƏRƏNCAM
Hazırda oxunan: “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 910 min manat ayrıldı - SƏRƏNCAM
24136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.