Kriptovalyutaların qiymətinin kəskin enməsi dünyada çoxlu iflas və intiharlara səbəb olmaqdadır.
İqtisadçı Elman Sadıqov Azərbaycandan borc, kredit götürərək, kriptovalyuta bazarlarına daxil olan vətəndaşlara sosial şəbəkə hesabında bir sıra tövsiyyələr verib.
MÖVZU İLƏ BAĞLI:
Bitkoin dolları əvəz edə biləcəkmi? – Ekspert açıqlayır
“Əgər bu bazarda olmaq istəyirsinizsə, ona qumar deyil, ticarət kimi yanaşaraq, itirməyi özünüzə rəva biləcəyiniz, itirdikdə borclanmayacağınız, (evinizi, maşınınızı, əmlakınızı sataraq və ya borclanaraq daxil olmayın) həyatınızı mənfiyə doğru dəyişməyəcək məbləği qoyun və bir az qazandıqda aludə olmayın, qoyacağınız məbləği davamlı artırmayın. Akulalara yem olan xırda balıqları unutmayın”.
İqtisadçı qeyd edib ki, qumar oyunlarının ən böyük təhlükəsi aludəçilik, udan insanlarda “niyə daha böyük məbləğ qoymadım” kimi təəssüf hissinin yaranması ilə bağlı olduğunu qeyd edib:
“Qumar insanlara əslində səhv və əks hisslər yaşadan təhlükəli bir ilandır. Elə bir ilan ki, insanın həyatını davamlı olaraq zəhərləyir, sonda isə tam məhv edir”.
Xatirə, Bizim.Media