Müqavilə ilə Ermənistan ordusunda xidmət edən əsgər Artur Katanyan 9 iyun səhər tezdən erməni tərəfinə təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi əsgər Artur Katanyanın Ermənistan tərəfinə qayıtdığını elan etmişdi. Nazirlik Katanyanın təxribatçı olmadığını deyib və pis hava şəraiti üzündən itkin düşdüyünü açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Laçında saxlanılan erməni ölkəsinə təhvil verildi - RƏSMİ
Ermənistan Müdafiə Nazirliyi öz növbəsində əsgərin indi Xankəndində olduğunu qeyd edir.
Xatırladaq ki, erməni hərbçinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazidə saxlanması iyunun 8-də məlum olub. Rəsmi Bakı Katanyanın Laçın rayonu istiqamətində Azərbaycan ərazisinə soxulan diversant qrupunun üzvü olduğunu bildirmişdi.
Bizim.Media