“Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov rəsmi feysbuk səhifəsində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Moskva və Sankt-Peterburqdan Lənkərana aviareyslər açılır
Xidmət rəisi bildirib ki, bu halda yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur:
Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur”.
Bizim.Media