Bakı sakinlərinin nəzərinə... - DYP MÜRACİƏT ETDİ 

Hazırda oxunan: Bakı sakinlərinin nəzərinə... - DYP MÜRACİƏT ETDİ 

2407

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP) paytaxt sakinlərinə müraciət edib.

Bizim.Media xəbər verir  ki, idarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bildirirb ki, qələbə sevincini bölüşən vətəndaşlar öz şəxsi avtomobilləri ilə yol hərəkəti qaydasını pozaraq qarşı hərəkət zolağına çıxması, nəqliyyat axınına qarşı hərəkət etməsi, lüzumsuz səs siqnallarının verilməsi, ümumiyyətlə yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratması faktları tərəfimizdən aşkar edilmişdir və bu, ciddi narahatlıq doğurur: 

“Bildiyimiz kimi, noyabrın 10-da rəşadətli Azərbaycan Ordusu işğalda olan torpaqlarımız üzərində tarixi qələbə çaldı. Xalq olaraq hər birimiz bu qələbəyə sevinirik və bu tarixi hadisənin şahidi olduğumuz üçün qürur duyuruq. Lakin bu sevincimizi bir-birimizlə müəyyən çərçivə daxilində paylaşmalıyıq".

"Bununla yanaşı, qeyd etmək istəyirəm ki, ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq edilən komendant saatı və xüsusi karantin rejimi qaydaları gecə saatlarından başlayaraq ciddi şəkildə pozulur. Hazırda mövcud vəziyyətlə əlaqədar olaraq paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tam nəzarətə götürməklə xidmətin təşkili davam etdirilir".

"Odur ki, sürücülərdən və digər hərəkət iştirakçılarından tələb edirik ki, hərbi vəziyyətlə bağlı tətbiq edilən komendant saatı və pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin qaydalarına və bununla yanaşı yol hərəkəti qaydalarına da ciddi şəkildə əməl etsinlər".

"Deyilənlərə əməl edilmədiyi halda polis əməkdaşları tərəfindən məsuliyyət tədbirləri həyata keçiriləcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin