“Boeing”dən Ağ Ev üçün 2 təyyarənin qiyməti - 3,9 milyard dollar!

Hazırda oxunan: “Boeing”dən Ağ Ev üçün 2 təyyarənin qiyməti - 3,9 milyard dollar!

24066

ABŞ-ın nəhəng təyyarə istehsalçısı, dünyada müdafiə sənayesi sifarişlərinin ikinci ən böyük icraçısı Boeing şirkəti Ağ Ev üçün sifariş edilmiş iki yeni təyyarənin təhvil verilməsi şərtlərini dəyişmək istəyir.

Bizim.Media verir ki, dəyəri 3,9 milyard dollar olan sifarişin şərtlərinə əsasən, Boeing iki ən müasir prezident təyyarəsini 2024-cü ilə qədər təhvil verməli idi. Lakin aviasiya nəhəngi təchizat problemlərinə görə təhvil prosesinin ən azı 1 il ləngiyəcəyini bildirir.

Xatırladaq ki, hələ 2018-ci ildə ilkin qiymət təklifi 5 milyard dollar təşkil edən sifariş sabiq prezident Donald Tramp onu “məntiqsiz” adlandırmasından və Tvitter hesabında ləğv olunma barədə sərəncam imzaladığını açıqlamasından sonra yekunda 3,9 milyard dollar həcmində razılaşdırılaraq, imzalanmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

"Boeing" yeni təyyarə istehsal edəcək


ABŞ Hərbi Hava Qüvvələri nazirinin prezidentlər üçün uçuş xidməti sayılan Air Force One üzrə təchizat müavini Darlen Kostello dünən Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələrə dair alt komitəsində Boeing-dən rəsmi müraciət aldıqlarını, şirkətin həm təchizat problemlərinə görə təyyarələri təhvil vermə müddətininm 1 il uzadılmasını, həm də “obyektiv səbəblərdən əsaslı qiymət artımı” xahiş etdiyini bildirib.

Boeing-in bu proqramla bağlı problemləri hələ təyyarələrin interyeri üzrə cavabdeh olan subpodratçı GDC Technics-in cari ilin aprel ayında müflis olması ilə başlayıb.

Hazırda yeni təchizatçı axtaran Boeing daha öncə 2021-ci ilin birinci rübündə Air Force One proqramı üzrə 318 milyon dollarlıq iş gördüyünü bildirmişdi. Darlen Kostello parlament üzvlərinə yekun vəziyyətin və nə qədər qiymət artımı olacağının sentyabra qədər bilinəcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin