Sabah Transxəzər Forumu keçiriləcək

Hazırda oxunan: Sabah Transxəzər Forumu keçiriləcək

23998

ABŞ V İllik Transxəzər Forumuna ev sahibliyi edəcək.

Bizim.Media Xəzər Siyasət Mərkəzinə (Caspian Policy Center) istinadən xəbər verir ki, iyunun 9-10-da ABŞ Dövlət Departamenti, Ağ Ev, USAID, BP, həmçinin yerli və regional ekspertlər ABŞ-da bir araya gələcəklər.

Forumun keçirilməsində məqsəd ABŞ və Transxəzər ölkələri arasındakı strateji tərəfdaşlıq münasibətləri ilə əlaqədar imkanları və problemləri müzakirə etməkdir.

Forumda siyasət və biznes sahələrindən olan liderlərin, regionun COVID-dən sonrakı bərpa yolunu, yüklərin müxtəlif coğrafi landşaftlar boyunca daşınması üçün ehtiyac duyulan sərt və yumşaq infrastrukturun inkişafına dair öhdəçiliyi və bu kimi layihələri asanlaşdırmaq üçün beynəlxalq investisiyaların cəlb olunmasını müzakirə edəcəkləri gözlənilir. Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini Kurt Donnelli, ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzrə baş direktoru vəzifəsini icra edən Erik Qrin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya Bürosu üzrə müdir müavini Margot Ellis və başqaları forum iştirakçıları arsındadırlar.

Eyni zamanda, forumda təmsil olunan şirkətlər sırasında BP, SOCAR, JBIC və Chevron-un da adları yer almaqdadır.

Forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirlikləri tərəfindən müştərək təşkil olunur, ABŞ Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasının iştirakı ilə, ABŞ Ticarət Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin