“Bu gün Qarabağ məsələsini erməni tərəfi üçün “əlverişli şərtlər”lə həll etmək üçün dörd il əvvələ nisbətən daha çox imkan var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Araqaçavan rayonunun Araqaçotn kəndinin sakinləri ilə görüşündə deyib.
“Hazırda bunun detallarını açıqlama bilmirəm. Yalnız deyə bilərəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağın statusunu nəhayət müəyyənləşdirmək üçün danışıqlar prosesinin bərpa edilməsi zərurəti yaranıb. Və bütün bu hadisələrdən sonra "Qurtuluş naminə ayrılma" prinsipini reallaşdırmaq imkanlarının əhəmiyyətli dərəcədə artdığına inanırıq. Bu istiqamətdə ardıcıl işə ehtiyacımız var”, deyə o, qeyd edib.
Döyüşlərdə məğlub olan ölkənin məğlub “Baş naziri” bunları deməklə görəsən, nəyə ehyam vurur.
Çox böyük ehtimalla bu, öz kreslosunu qorumaq üçün onun növbəti manevrlərindən biridir. Ancaq Paşinyanda belə manevrlər alınmır. Rəsmi Bakı dəfələrlə “status” məsələsi ilə bağlı İrəvana açıq mesajlar göndərib və gorbagor olduğunu deyib. İndi nə baş verib ki, Paşinyan yenidən dil açıb ümidlə danışır. Unudur ki, Azərbaycan Qarabağa heç vaxt status verməyəcək, əksinə işğalda olan digər ərazilərin geri qaytarılmasına nail olacaq. Bunu İrəvanda da, onlara himayədarlıq edən ölkələrdə də yaxşı bilirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
14:06 / 08.06.2021
Paşinyan yenə də Ermənistan üçün “əlverişli şərtlərlər”dən danışdı – O, nəyə və kimə ümid edir?
Hazırda oxunan: Paşinyan yenə də Ermənistan üçün “əlverişli şərtlərlər”dən danışdı – O, nəyə və kimə ümid edir?
Hazırda oxunan: Paşinyan yenə də Ermənistan üçün “əlverişli şərtlərlər”dən danışdı – O, nəyə və kimə ümid edir?
23982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.