“Ali və Nino” kitab mağazanın sahibi iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışdı. Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN- dən çox olmadıqda bu cinayət əməli olmur, inzibati xətadır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bügünkü növbədənkənar iclasında deputat Kamal Cəfərov oğurlayan gəncləri müdafiə edərkən səsləndirib.
Deputat bildirib ki, hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi:
“Qanuna görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlana bilməz. İnzibati xətanı elə mağazanın sahizi Nigar Köçərli özü pozub. Oğrular adətən kitab oğurlamır. Kitab oğurlayanlar da oğru olmur”.
Xatırladaq ki, ötən gün DİN paytaxtın Səbail rayonunda yerləşən kitab mağazasından 2 ədəd kitab oğurlamaqda ittiham edilən gənclərlə bağlı məlumat yaymışdı. Qeyd edək ki, sözügedən 2 şəxs məhkəmə tərəfindən bəraət alaraq azadlığa çıxıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 08.06.2021
Deputat kitab oğurlayan gəncləri müdafiə etdi - “Qanunu mağazanın sahibi pozub”
Hazırda oxunan: Deputat kitab oğurlayan gəncləri müdafiə etdi - “Qanunu mağazanın sahibi pozub”
Hazırda oxunan: Deputat kitab oğurlayan gəncləri müdafiə etdi - “Qanunu mağazanın sahibi pozub”
23969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.