Azad Rəhimovun vəfatından 40 gün keçir – XATİRƏSİNƏ EHTİRAMLA

Hazırda oxunan: Azad Rəhimovun vəfatından 40 gün keçir – XATİRƏSİNƏ EHTİRAMLA

23954

Bu gün Azərbaycanın ictimai-siyasi xadimi, sabiq gənclər və idman naziri (2006–2021) Azad Rəhimovun qırx mərasimdir.

30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-ın Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişən və 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunan Azar Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olan Sadıq Rəhimovdur.

Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub və 1981-ci ildə oranı bitirib. Daha sonra 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub, 1986-cı ildə ingilis dili müəllimi ixtisasına yiyələnib.

7 fevral 2006-cı ildə Gənclər və İdman naziri vəzifəsinə təyin edilən Azad Rəhimov 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının, 2019-cu ildə UEFA Avropa Liqası Finalının, 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının, 2020-ci ildə isə UEFA Avropa Çempionatının Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olub.

O, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycanda idman sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azad Rəhimov ailəli idi. Arif adında bir oğlu var.

Allah rəhmət eləsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin