Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.
Bizim.Media Nazirlər Kabinetinə istinadla xəbər verir ki, 2021-ci il 23 fevral tarixli 265-VIQD nömrəli Qanunla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət hüququ verilir.
MÖVZU İLƏ BAĞLI:
Fəlsəfə doktoru olmaq istəyənlərin nəzərinə
Bununla əlaqədar Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda etdiyi dəyişikliklər aşağıdakılardan ibarətdir:
- Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.
- Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.
Bizim.Media