Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə apa-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, bir müddət əvvəl həmin məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığıldığı bildirilib.
İddialar əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilmişdi ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib və adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							19:22 / 07.03.2025
							
						Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı - FOTO
						
							
								Hazırda oxunan: Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı - FOTO							
						238216
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































