İyunun 6-da şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər Prorurorluğundan Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 07.06.2021
Mübahisə etdiyi şəxsi döyərək öldürdü - Sumqayıtdakı QƏTLİN DETALLARI
Hazırda oxunan: Mübahisə etdiyi şəxsi döyərək öldürdü - Sumqayıtdakı QƏTLİN DETALLARI
Hazırda oxunan: Mübahisə etdiyi şəxsi döyərək öldürdü - Sumqayıtdakı QƏTLİN DETALLARI
23819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.