Qadınların pensiya yaşı 6 ay artırılır - RƏSMİ

Hazırda oxunan: Qadınların pensiya yaşı 6 ay artırılır - RƏSMİ

23776

"Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

O xatırladıb ki, Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb:

"Kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”. 
 

MÖVZU İLƏ BAĞLI:

Pensiya alanlara şad xəbər: Gələn həftə ödəniləcək


Şöbə müdiri bütün dünyada eyni prosesin getdiyini qeyd edib və əlavə edib ki, Azərbaycanda pensiya yaş həddi yüksək deyil: "Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil.

Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır.

Bundan başqa, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır.

Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin