"Neftçi" bu gün "Kəpəz"in qonağı olacaq

Hazırda oxunan: "Neftçi" bu gün "Kəpəz"in qonağı olacaq

237732

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək. 

Bizim.Media xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXV turda "Kəpəz"lə üz-üzə gələcək. 

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 17:00-da start götürəcək. Paytaxt təmsilçisi 27 xalla 6-cı, bölgə klubu 19 xalla 9-cu pillədə qərarlaşıb. 

Misli Premyer Liqası 
III dövrə, XXV tur 

5 mart 

17:00. “Kəpəz” – “Neftçi” 
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov. 
VAR: Rauf Allahverdiyev. 
AVAR: Asiman Əzizli. 
Hakim-inspektor: Munis Abdullayev. 
AFFA nümayəndəsi: Asif Əliyev. 
Tovuz şəhər stadionu 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin